April 24, 2024

23 aprel 2024-cü il tarixdə “Azərbaycanda az tullantılı və tullantısız elektrik nəqliyyatına keçid” layihə sənədinin hazırlanması çərçivəsində Yekun Seminar keçirilib.

Seminarda dövlət qurumları, beynəlxalq təşkilatlar, özəl sektor, vətəndaş cəmiyyəti institutları, akademiya və təhsil müəssisələrinin nümayəndələri və iqlim dəyişmələri və nəqliyyat sahəsi üzrə ekspertlər iştirak etdilər.

Seminar müddətində GEF-8 çərçivəsində hazırlanmaqda olan yeni layihə sənədinin komponentləri üzrə mümkün fəaliyyətlər, o cümlədən, elektrik mühərrikli nəqliyyat vasitələrinin təşviqi üzrə strategiyalar, yol xəritələri, qaydalar, maliyyələşdirmə və biznes modelləri, həmçinin mümkün pilot fəaliyyətlər – şarj məntəqələrinin quraşdırılması və işlənmiş batareyaların utilizasiya məsələləri müzakirə edildi.

Paris Sazişi çərçivəsində nəzərdə tutulan istixana effekti yaradan qazların emissiyalarının azaldılması hədəflərimizə nail olmağa töhfə verəcək sözügedən layihə fəaliyyətləri Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası ilə nəzərdə tutulmuş tədbirlərlə tam uzlaşır.

Eyni zamanda, cari ilin noyabr ayında Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-ci sessiyasının – COP29 konfransının keçirilməsi və bu ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması sözügedən layihənin aktuallığını və əhəmiyyətini daha da artırır.

Qeyd edək ki, Qlobal Ekologiya Fondunun dəstəyi ilə BMT-nin Ətraf Mühit Proqramı və Qafqaz üçün Regional Ekoloji Mərkəzin Azərbaycan Filialı tərəfindən həyata keçirilən layihənin əsas məqsədi az tullantılı və tullantısız elektrik avtonəqliyyatının təşviqi vasitəsilə istixana qazları emissiyalarını və yanacaq istehlakını azaltmaq, hava keyfiyyətini yaxşılaşdırmaq və nəqliyyat sektorunun səmərəliliyini artırmaqdır.