April 17, 2024

“Torpaq Deqradasiyası Neytrallığına nail olmuş Azərbaycana doğru” layihəsi çərçivəsində Siyəzəndə ağacəkmə aksiyası keçirilib

“Torpaq Deqradasiyası Neytrallığına nail olmuş Azərbaycana doğru” layihəsi çərçivəsində Siyəzəndə ağacəkmə aksiyası keçirilib

“Torpaq Deqradasiyası Neytrallığına nail olmuş Azərbaycana doğru” layihəsi çərçivəsində Siyəzəndə ağacəkmə aksiyası keçirilib.

Qlobal Ekologiya Fondunun dəstəyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Qafqaz üçün Regional Ekoloji Mərkəz tərəfindən birgə icra olunan “Torpaq Deqradasiyası Neytrallığına nail olmuş Azərbaycana doğru” layihəsi çərçivəsində 22 aprel “Yer Günü” ərəfəsində Siyəzən rayonunda ağacəkmə aksiyası keçirilib.

Təşkilatçıların, Siyəzən Rayon İcra Hakimiyyətinin, QHT-lərin, Bakı Dövlət Universitetinin tələbələrinin və ekokönüllülərin iştirakı ilə keçirilən tədbir zamanı torpaq deqradasiyasının qarşısının alınması, yaşıllıq zonalarının bərpası və genişləndirilməsi, iqlim dəyişikliyi, ətraf mühitin mühafizəsi kimi qlobal səviyyəli ekoloji çağırışlardan danışılıb, daha sonra ərazidə yerli torpaq-iqlim şəraitinə uyğun müxtəlif növ ağaclar əkilib.

Qeyd edək ki, “Yer günü” ekoloji problemlərin həllinə, ətraf mühitin mühafizəsinə diqqəti artırmaq məqsədilə hazırkı dövrdə 190-dan çox ölkədə, o cümlədən Azərbaycanda qeyd olunur.

Yer Günü ərəfəsində insanlar müxtəlif ekoloji tədbirlərdə iştirak etməklə ağac əkir, yaşıllıqlara qulluq edir, yaşadıqları əraziləri müxtəlif tullantılardan təmizləyir, hər kəsi ətraf mühitin mühafizəsi sahəsində daha fəal olmağa çağırırlar.